"Air France"ın pilotları bu gün tətilə başlayacaq

Fransanın "Air France" Aviaşirkətinin pilotları bu gün tətilə başlayacaq. Avtosfer.az report-a istinadən bildirir ki, aviaşirkətin pilotları ödəmələrin bir hissəsinin azaldılmasına qarşı çıxış edəcəklər. Tətilin iyunun 11-dən 14-dək davam edəcəyi gözlənilir. Aviaşirkətin rəhbəri Frederik Qajenin sözlərinə görə, tətilin ilk günündə pilotların 25 faizi iştirak edəcək.
Xatırladaq ki, bir neçə ay əvvəl Fransa hökuməti əmək qanunvericiliyində islahatlar haqqında qanun layihəsini qəbul edib. İslahat Fransada sahibkarlara iş gününün müddətini artırmağa, müəssisələrdə işçilərin işdən azad edilməsi prosedurunu asanlaşdırmağa şərait yaradır. Artıq üçüncü aydır ölkədə narazılıq və etiraz aksiyaları səngimir. Bu günə kimi tələbələr, pensiyaçılar, Neft Emalı Zavodunun əməkdaşları, dəmiryolçular, kommunal xidmət sahələrində çalışanlar tətil ediblər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












