"Airbus" Britaniyanı "Brexit"dən sonra ölkədən gedəcəyi ilə hədələdi

"Airbus" təyyarəqayırma şirkəti Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı tələbləri təmin edilməyəcəyi təqdirdə Londonu istehsalat obyektlərini krallıqdan başqa ölkəyə köçürəcəyi ilə hədələyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, konsernin prezidenti və baş direktoru Fabris Brejye güman edir ki, "Brexit" sövdələşməsinin şərtləri ona məxsus fabrik əməkdaşlarına Britaniya ərazisinə maneəsiz daxil olmaq imkanı verəcək. "Biz Böyük Britaniyada qalmaq, fəaliyyət göstərmək istəyirik, lakin yalnız şərtlərimiz nəzərə alınacağı təqdirdə", - deyə Brejye bildirib. Hüquqi olaraq Fransaya məxsus olan, lakin özünü "Avropa" konserni kimi təqdim edən şirkətin baş qərargahı Tuluzada yerləşir. "Airbus"un Filton və Broton şəhərlərində istehsalı dayandırması 10 mindən çox insanı işsiz qoya bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












