“Airbus” Çində innovasiya mərkəzi açacaq

“Airbus” korporasiyası Çinin Şencen şəhərində özünün sayca ikinci innovasiya mərkəzini açacaq. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, mərkəz aviasiya nəhənginin gələcək innovativ planlarının həyata keçirilməsinə xidmət edəcək. Şirkətin məlumatında deyilir ki, “Airbus” gələcək aviasiyanın lideri olan Çin ilə birgə əməkdaşlıq arzusundadır. Qeyd edək ki, Şencen Çində iqtisadi islahatlarının başlandığı məkan olmaqla yanaşı, hazırda ölkənin texnoloji tədqiqatlar üzrə qabaqcıl şəhəri hesab olunur. Hazırda Çin mülki aviasiya şirkətlərinin parkında “Airbus” modeli olan təxminən 1480 təyyarə vardır. Bu, Çində istifadədə olan təyyarələrin yarısı deməkdir. Bundan başqa, aviasiya şirkətinin 2008-ci ildən Çinin Tiencin şəhərində fəaliyyət göstərən son yığım xətti “Airbus” təyyarələrinin Avropadan kənarda yığıldığı yeganə yerdir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












