Akkumlyator oğrusu saxlanıldı: "Gecə gizlədib, səhər satmışam" – VİDEO

Sumqayıt şəhərində yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinə yük avtomobillərindən akkumlyatorların oğurlanması barədə vətəndaşlardan şikayət ərizələri daxil olub. Avtosfer.az region tv-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 31 yaşlı İlqar İmambaxışov saxlanılıb. Özünün də sürücü olduğunu bildirən İlqar, 15 gün ərzində 15 yük avtomobilinin akumlyatorunu oğurlayaraq metal qəbulu məntəqəsinə ucuz qiymətə satıb.
Saxlanılan İlqar İmambaxışov etdiyi əməli açıq-aşkar danışıb: “Axşam götürmüşəm. Gecə saat 1, ya 2 də. Açıb götürüb, gətirib gizlədib, sonra səhər aparıb satmışam. İkisindən 16 manat bir almışam. "Kamaz"lardan 32 manat, bir, 36 manat bir, 31 manat bir almışam”.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam edir.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












