Aksiyaların keçirilməsinə niyə icazə verilmir? - DİN-dən CAVAB

Noyabrın 11-də Bakıda aksiya keçirmək istəyən bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, qurum aksiyanı məqsədəmüvafiq hesab etmədiyi üçün buna icazə verməyib. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məsələ ilə bağlı bildirib ki, razılışdırılmamış aksiyaya cəhd olarsa qarşısı alınacaq:
"Bir neçə il əvvəl bənzər aksiyanın keçirilməsinə icazə verilmişdi. Lakin təşkilatçılar üzərilərinə düşən şərtlərə əməl etmədilər. Onlar qəsdən ictimai asayişin pozulmasına, insanların, nəqliyyatın hərəkətinə mane olmağa cəhd etdilər və qarşısı da alındı. Bunu nəzərə alaraq bu dəfə həmin ərazidə aksiya keçirilməsinə razılıq verilmədi. Qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar. Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək. Yeri gəlmişkən, əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək".
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










