Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək. Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.
Layihəni şərh edən komitə üzvü deputat Zahid Oruc bildirib ki, qanunda Ali Baş Komandanın səlahiyyətlərində Milli Məclisə hərbi doktrinanın təqdim olunması, silahların və hərbi texnikanın inkişafının dövlət proqramlarının tərtib olunması, Milli Məclisin razılığı ilə müharibə elan etmə, yaxud sülh bağlama və s. var: “Bununla yanaşı, Ali Baş Komandanın hərbi məktəbləri, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti səlahiyyətlərinin də olduğu nəzərə alınıb, yuxarıdakı təklif irəli sürülüb”.
Layihə sentyabrın 12-də komitə iclasında müzakirəyə çıxarılacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












