Ali Məhkəmə ölümlə nəticələnən qəzanı törədən şəxsin kassasiya şikayətinə baxıb

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Rəhimovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, hadisə 2015-ci il noyabrın 16-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 48.8-ci kilometrində baş verib. Həmin ərazidə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olan zaman E.Rəhimovun idarə etdiyi “Shacman” markalı, 99-DA-282 dövlət qeydiyyat nişanlı yük avtomobili yolun sağ kənarında dayanmış Bayramov Bayram Yusif oğlunun idarə etdiyi “Howo ZZ3317N3867W” markalı, 99-JF-106 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə dəyərək toqquşub. Nəticədə ehtiyatsızlıqdan “Shacman” markalı yük avtomobilinin sərnişini Tinayev İlqar Nürəddin oğlu ağır xəsarətlər alıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılandan sonra orada ölüb. “Howo ZZ3317N3867W” markalı yük avtomobilinin sürücüsü B.Bayramov da ağır yaralar alıb.
“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Howo ZZ3317N3867W” markalı, 99-JF-106 dövlət qeydiyyat nişanlı yük avtomobilinin əzilməsi nəticəsində 5 340 manat, Xəlilli Şahin Zülfüqar oğluna məxsus “Shacman” markalı, 99-DA-282 dövlət qeydiyyat nişanlı yük avtomobilinə isə 18 680 manat məbləğində maddi ziyan dəyib.
E.Rəhimov Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












