Ali məktəblərdə illik təhsil xərclərinin artırılmasının SƏBƏBİ

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara dəyişikliyə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən izahda bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR











