Alimlər qeyri-adi nəhəng planet aşkarlayıblar - FOTO

Kanadanın Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində yeni planet kəşf ediblər. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni planet işığı əks etdirməyən səthə malik olması ilə diqqət çəkir. Həmin planetə “WASP-12b” adı verilib.
Planeti aşkar edən qrupun rəhbəri Tellin Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən nəhəng planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin bir illik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. “Qara” planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir.
Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar “WASP-12b”dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












