Alışanovun maşınının cərimə meydançasına aparılması xəbərinə MÜNASİBƏT

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzTV-nin rəhbəri sədri Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, X.Qasımova “Report”un sorğusuna cavab olaraq onlarda belə məlumatın olmadığını deyib: “Bu xəbər doğru deyil”.
Qeyd edək ki, keçən həftə A.Alışanovun avtomobili cərimə meydançasına aparılıb. Buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır. Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












