Alkoqoldan, narkotik vasitələrdən istifadə edərək gəmidə növbə çəkənlər cəzalanacaq

Dəniz nəqliyyatı sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulmasına görə cəzalar sərtləşdirilir. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Məcəllənin 315-ci "Dəniz nəqliyyatı sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulması" maddəsi yeni redaksiyada verilir. Belə ki, Dəniz limanının "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"də nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 3 yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. "Dənizçilərin hazırlanması, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tələblərinə uyğun müvafiq sertifikata (diploma) malik olmayan şəxsin gəmidə həmin sertifikat tələb olunan işlərə buraxılmasına görə fiziki şəxslər 2 yüz manat, vəzifəli şəxslər 5 yüz manat məbləğində, hüquqi şəxslər 2 min manat cərimə olunacaq. Bundan başqa, Alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə heyət üzvünün gəmidə növbə çəkməsinə görə 3 yüz manat məbləğində cərimə nəzərdə tutulur. Layihəyə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında baxılacaq.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










