Alman turistlərin qaçqınlara bağışladığı maşınlar belə satılır - Şok VİDEO

Bakıda keçirilən "Eurovision 2012" yarışmasından sonra alman turistlərin məcburi köçkünlərə hədiyyə etdikləri avtomobillər satılır. Binəqədi rayon ərazisindəki boş massivlərin birində illərdir saxlanmış həmin maşınlar qaçqınlara verilməyib. Bu avtomobillər müxtəlif qiymətlərdə satışa çıxarılıb. Turistlərin köçkünlərə bağışladığı maşınların qiyməti 1500-2000 manat civarında satışdadır. Bu faktı təsdiqləyən video görüntülər yayımlanıb.
Bakupress.az saytı tərəfindən lentə alınan çəkilişdə maşın satışının sövdələşməsi barədə danışıqlar yer alıb. Bu ralliyə 20 ölkədən 111 komanda və 355 avtomobil qoşulmuşdu.
Onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya qədər 9000 km məsafəni qət edərək dünyanın ən böyük avtomobil yürüşünü keçirmiş, Oberstaufen şəhərindən aprelin 28-də başladıqları avtorallini Qobustanda başa vurmuşdular. Qayıdanda isə maşınların 240-nı azərbaycanlı qaçqınlara bağışladıqlarını bəyan etmişdilər.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hələ o zaman icmanın bağışlanan bu maşınlardan imtina etdiyini söyləmiş, bunu da avtomobillərin sənədsiz olması ilə izah etmişdi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












