Almaniyaya gedən şəxsdən narkotik tapıldı - Gömrükdən əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Tehran-Bakı-Tbilisi aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tbilisi-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən 2 nəfər İran İslam Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb. Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib. Yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1135, digərində 1150 ml qəhvəyi rəngli xüsusiyyətə malik su şəkilində maddə olan 2 ədəd plastik qablar aşkar olunaraq protokol əsasında götürülüb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə isə 2 ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 ml həcmində tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qatılaşmış maye - tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kq 161.6 qram) təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Fərid
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












