Almatıda keçirilən tədbirdə Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib

Beynəlxalq Nəqliyyat Forumu və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində yüksəksəviyyəli regional dialoq təşkil olunub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Avtosfer.az-a bildirilib ki, tədbirdə Mərkəzi və Cənub-Şərqi Asiyada dayanıqlı nəqliyyat sistemlərinin inkişafı, regional yük daşımalarının səmərəliliyinin artırılması və nəqliyyat sektorunun dekarbonizasiyası istiqamətində görülən işlər müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Nağı Əhmədov çıxışında Azərbaycanın nəqliyyat və logistika sektorunda həyata keçirdiyi islahatlar, regional bağlantıların gücləndirilməsi ilə bağlı təşəbbüsləri, gələcək inkişaf planları barədə məlumat verib. Qeyd edib ki, infrastrukturun inkişafı, dövlət qurumları və tərəfdaşlar arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi ölkəmizin nəqliyyat siyasətinin əsas istiqamətlərindəndir.
Nağı Əhmədov Orta Dəhlizin Avrasiya məkanında strateji əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, marşrut beynəlxalq yük daşımalarının şaxələndirilməsinə, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Orta Dəhliz, həmçinin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün qlobal bazarlara çıxış imkanlarını genişləndirən vacib nəqliyyat bağlantısıdır.
Tədbir iştirakçıları sərhədlərarası daşımaların inkişafına mane olan əsas çağırışları da nəzərdən keçiriblər. Müzakirələr zamanı sərhəd-keçid prosedurlarının optimallaşdırılması, rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin təkmilləşdirilməsi, normativ-hüquqi çərçivələrin uyğunlaşdırılması kimi məsələlər ön plana çıxıb. Əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












