"Alpinistlərin axtarışı sabah da davam etdiriləcək" - Qərargah

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından Trend-ə verilən məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi. Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək. Qeyd edək ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












