Altı tələbənin ölümünə səbəb olan sürücü barəsində həbs qərarı verildi - FOTO

Bakı-Sumqayıt şosesində 6 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb mikroavtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən bildirilib. Belə ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. İdarədən, həmçinin bildirilib ki, hadisə zamanı yol kənarında dayanmış "ZİL" markalı yük maşınının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu istintaqa cəlb edilib. Qeyd edək ki, "Ford" markalı mikroavtobus hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, daha 20 tələbə yaralanıb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ













