Alverçilər parkinqi zəbt etdi; bloger maşını yolun ortasında saxladı – ŞİKAYƏT - VİDEO

Bakıda yaşayış binalarının həyətlərində və altında avtomobil parkının olmaması problemi sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, görüntüləri bloqer Fərid Rəsul sosial şəbəkə hesabında paylaşıb. Həyətlərdə satışa qoyulan avtomobillərin saxlanılmasının ciddi çətinlik yaratdığını bildirib.
Fərid Rəsul bildirib ki, binanın həyətində avtomobil saxlamağa yer tapmaq getdikcə çətinləşir və buna səbəb kimi alqı-satqı ilə məşğul olan şəxslərin avtomobilləri həyətlərdə saxlaması göstərilir.
Onun sözlərinə görə, binada yaşayan sakinlər işdən qayıtdıqdan sonra maşınlarını park etmək üçün yer tapa bilmirlər. Sakin iddia edir ki, bəzi alqı-satqı ilə məşğul olan şəxslər bir neçə avtomobili eyni vaxtda həyətlərdə saxlayaraq park yerlərini tuturlar. Nəticədə ərazidə yaşayanlar avtomobillərini yol kənarında saxlamağa məcbur qalırlar ki, bu da əlavə problemlər yaradır.
Videoda, həmçinin, satılıq olduğu deyilən “Ford” markalı avtomobil də göstərilir. Fərid Rəsul zarafatla bildirir ki, bu avtomobili kimə lazımdırsa gəlib alsın, bununla da məhəllədə tutduğu yerlər boşalsın.
Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında da müzakirələrə səbəb olub. Bir çox istifadəçi yaşayış binalarının həyətlərində satlıq avtomobillərin saxlanılmasının park problemi yaratdığını qeyd edərək bu məsələyə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Eltac Zülfüqaroğlu
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bu yolda sürət həddi endirildi
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA
Sumqayıtda yolların acınacaqlı vəziyyəti: Sürücülər çuxurlar arasında “savaşır” - VİDEO
Azərbaycanda taksi sürücüləri vahid forma geyinəcək? - AÇIQLAMA
Zəngəzur dəhlizi beynəlxalq münasibətlərdə niyə bu qədər önəmlidir? - Ekspert AÇIQLADI
Karapetyan Ermənistanda hakimiyyətə gəlsə nələr dəyişəcək? – Politoloq AÇIQLADI
Ermənistadakı seçkilərə görə Azərbaycanla münasibətlərdə dəyişiklik ola bilər - SİYASİ ŞƏRHÇİ
Binəqədidə maklerlər böyük zibilxana yaradıb; İcra hərəkətə keçdi - RƏSMİ - VİDEO








