Alverçilərin "qara günləri" - Avtomobilin keçmişi ilə TANIŞ OL

Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq artıq mümkün olacaq. Bununla bağlı "SMSRadar" yenilik edib. Bunun üçün avtomobilin vin kodu (nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilir) və 3 AZN ödəniş tələb olunur. Avtomobillərin ölkə ərazisində törətdiyi qəzalar rəsmi sistem üzərindən təqdim edilir.
Bəs Avtomobilin qəza törətdiyi proqramda görünsün deyə nə edilməlidir? Eyni zamanda bu yenilik avtomobillərin alqı-satqısı zamanı sui-istifadə hallarına necə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu kimi texnoloji yeniliklər bir çox ölkələrdə var və istifadə olunur:
"Azərbaycanda da bu SMS xidməti ilə biz uzun müddətdir əməkdaşlıq edirik və orada kifayət qədər peşəkar insanlar fəaliyyət göstərir, bu sahədə həmişə bütün yeniliklərin tətbiqinə çalışırlar, öz biliklərini, bacarıqlarını nümayiş etdirirlər. Xidmət də çox gözəl bir yeniliyə imza atdı. Azərbaycanda avtomobil alverçiləri, dəllallar bütün dövrlərdə yalançı vədlərlə, sözlərlə həmişə alıcıları aldatmağa çalışırlar və bu da sözsüz ki, bütün alıcıları narahat edir. Əgər narahatçılıq varsa, bunun qarşısını almaq üçün bir yol da tapmaq lazım idi. Bunu da "SMSRadar" xidməti tapdı. Əslində, bildiyim qədər bir ildən ki, çoxdur bu layihənin üzərində işləyirlər. Bizim başqa dostlarımız da belə bir sistem qurmağa çalışdı. Ancaq biz danışıq əsnasında öyrəndik ki, artıq "SMSRadar" xidməti bu layihəyə qədəm qoyub və artıq işə düşüb".

Elməddin Muradlının sözlərinə görə, bu xidmətdən sonra alverçilərin "qara günləri" başlayacaq:
"Amma bunun üçün mütləq baş verən hadisə sığorta hadisəsi kimi qeydiyyata alınmalıdır. Məlumat sığorta bazasına getməlidir ki, "SMSRadar" xidməti də bazadan onu götürə bilsin. Ancaq gizlədilmiş o qədər hadisələr var ki, bunları artıq sistemdə görmək bir az çətindir. Yalnız sığorta qeydiyyatı aparılandan sonra həmin qəza hadisələri sistemə düşür və beləliklə, vətəndaş da gələcək tarixçədə bunu görə bilir. Çox vaxt bəzi sürücülər qəza törədib, öz aralarında razılığa gəlirlər. Bu halda artıq sistem onu görmür və baza şəklində formalaşmır".
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO
Bakıda iki yol bağlanır - Təmir işləri aparılacaq
Daha bir marşrut xəttinin avtobusları yenilənir - Son dayanacağı bu ünvan olacaq
Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR
Prezidentin maşınında selfi çəkdi - FOTO
Binəqədi şosesində təhlükə saçan çuxurlar: Sürücülər ziyanla üz-üzədir - VİDEO
Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO










