AMEA: "Akif Əlizadə gözündən əməliyyat olunmayıb"

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev AMEA prezidenti Akif Əlizadənin gözünün göyərməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Zülfüqar Fərzəliyev azvision.az-a bildirib ki, Akif Əlizadə heç kimlə dalaşmayıb.
“Akif Əlizadə yaşlı adamdır. O, durub kimləsə dalaşmayacaq ki? Başqa bir şey də olmayıb. Sadəcə gözündə balaca qızartı vardı, bu da keçib gedib”.
AMEA rəsmisi qeyd edib ki, Akif Əlizadə mətbuatda yazılığı kimi gözündən əməliyyat olunmayıb:
“Hazırda vəziyyəti yaxşıdır. Yaşlı adamdır, işə maşınla gedib-gəlir. Gözü bir balaca qızarmışdı, həkimə göstərdi, dedilər ciddi problem yoxdur. Jurnalistlərə demək istəyirəm ki, narahat olmasınlar, hər şey qaydasındadır. Akif müəllimin özünə bu haqda söz deyəndə gülür”.
Qeyd edək ki, AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası zamanı Akif Əlizadənin gözünün göyərməsi diqqətdən yayınmayıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












