An-148 qəzasının əsas səbəbi açıqlandı

Fevralın 11-də Moskva şəhərinin kənarında yerə çırpılmış Saratov Hava Yolları şirkətinə aid An-148 sərnişin təyyarəsi mühərrikin lazımi səviyyədə qızdırılmaması səbəbindən qəzaya uğrayıb. Oxu.az xəbər verir ki, bu barədə “Snoba” araşdırma ilə əlaqəli mənbəyə istinadən məlumat yayıb. Aviaqəza ilə bağlı əsas ehtimal pilotun uçuşdan əvvəl turbinləri lazımınca qızdırmaması və antifrizin lazımi miqdarda olub-olmadığını yoxlamamasıdır. Bundan əvvəl yayılan xəbərə görə, ötən il aparılan texniki baxış zamanı təyyarənin reduktorlarında yağın mövsümə uyğun dəyişmə qaydalarının və hava starteri filterinin təmizlənməsi qaydalarının pozulması faktı ortaya çıxıb, son uçuşdan əvvəl isə təyyarənin kapitanı buzlanmadan qoruyan vasitəni, yəni antifrizi tətbiq etməkdən imtina edib.
Saratov Hava Yolları şirkətinə aid An-148 sərnişin təyyarəsi fevralın 11-də, Ramensk rayonunda Domodedovo aeroportundan qalxdıqdan dörd dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində altı ekipaj üzvü və 65 sərnişin, o cümlədən üç uşaq olub. Qəzadan sağ çıxan olmayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












