"An-148" təyyarəsində ölənlərin qohumlarından DNT nümunələri götürüləcək

"An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin qohumlarından genetik ekspertiza keçirmək məqsədi ilə DNT nümunələri götürüləcək. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu məqsəqlə artıq Orska Moskvadan həkimlər gəliblər. "Bu gün Moskvadan qəzada ölənlərin qohumlarından DNT nümunələri götürülməsində yerli həmkarlarına yardlm edəcək həkimlər gəliblər. Onlarla bərabər, yaxınlarını itirənlərlə işləmək təcrübəsi olan yüksək ixtisaslı psixoloqlardan ibarət komanda da gəlib", - Orenburq vilayətinin Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir. Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Sərnişinlər arasında bir Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












