“Anamızı babamız öldürüb maşına qoydu” - İtkin gəlinlə bağlı şok detallar

İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva barəsində dəhşətli faktlar ortaya çıxıb. Avtosfer.az-ın məlumatına görə, itkin düşən xanımın atası Məzahir Quliyev Trend-ə açıqlamasında bildirib ki, qızının öldürülməsi ilə bağlı faktlar ortaya çıxıb: “Dünən mən və əlavə 8 nəfər qohumum qızımın azyaşlı uşaqlarını çağırıb ayrı-ayrılıqda danışdırdıq və analarını sonuncu dəfə nə vaxt gördüklərini soruşduq. Uşaqlar qızımın öldürüldüyünü dedilər. Uşaqları məndən başqa 8 nəfər danışdırdı. Hamıya eyni sözləri dedilər. Uşaqlar bildirdilər ki, həmin gün analarını babası başından vurub və sonra da başından qan axa-axa maşına qoyub aparıb. Yəni Aytəkini qayınatası baş nayihəsindən küt alətlə vurub, Aytəkin özündən gedib. Sonra da qayınatası Aytəkini sürüyərək maşınına qoyub aparıb. O gündən sonra uşaqlar analarını görməyiblər”.
M.Quliyev deyir ki, qızının qayınatası meşəbəyi işləyir və çox güman ki, onu öldürərək meşəyə aparıb atıb. O, məsələ ilə bağlı dünən axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə məlumat verib. Faktla bağlı polis artıq əməliyyata başlayıb və uşaqlar şöbədə dindirilib.
Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur. İtkin düşən qadının atası qızının ailəsində həyat yoldaşı və qayınatası ilə tez-tez mübahisələr olduğunu bildirib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












