Ananın iki uşağı ilə birgə qatarın altına atmasının - Səbəbləri

Şəmkir rayonun Zəyəm kəndində baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Zəyəm kənd icra nümayəndəsi Elçin Abbasov məlumat verib. O qeyd edib ki, hadisə bu gün səhər yox, dünən axşam saat 21:00 radələrində baş verib: “Hadisəyə səbəb ailə münaqişəsi olub. Belə ki, vəfat edən Pərvanə Mahmudovanın həyat yoldaşı Nəsrəddin Mahmudov bibisinin himayəsində böyüyüb. Bibisi ilə tez-tez problemləri olurdu. Nəsrəddin KAMAZ şoferidir. Çox mərifətli bir insandır. Dünən hadisədən qabaq o işdə olub. Yəqin, Pərvanə də oğlanın bibisi ilə mübahisə edib. Uşaqları götürüb evdən gedib. Həmin bədbəxt hadisə də bir anlıq olub. Biz dünən gecə ikiyə kimi orda olmuşuq. Nəsrəddinin doğma ata, anası həyatdadır. Uşaqların biri 2014, digəri isə 2016- cı il təvəllüdlüdür. Oğlanın adı Sənan, qızın adı isə Səmadır. Hələ ki onların meyitləri basdırılmayıb. Bir azdan torpağa tapşırılacaqlar”.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










