Anar Allahverənovun məhkəməsi başlayıb

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa üzrə çempion Andrey Draçevin qətli işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, məhkəmədə sonrakı prosesin baxılması tarixi müəyyən ediləcək. "Məhkəmə iclası başlayıb. O, qapalıdır. İlkin dinləmələrdə, növbəti iclasın tarixinin təyinatından başqa, həmçinin ittiham və müdafiə tərəfinin xahişləri baxıla bilər", - deyə müsahib agentliyə deyib. Daha əvvəl bildirilirdi ki, ötən ilin 20 avqustunda Xabarovskda Draçevlə müttəhim Anar Allahverənov arasında Xabarovskda kafedə dava olub. İstintaqın versiyasına görə, müttəhim əl və ayaqla zərərçəkmişin başına və bədəninə azı 21 zərbə endirib. Zərərçəkmiş aldığı zədələrdən yıxılaraq huşunu itirib. A. Allahverənov yerdə uzanmış idmançının başına daha beş zərbə endirib.
A.Draçev aldığı zərbələrdən xəstəxanada ölüb. İstintaq komitəsi qətllə bağlı cinayət işi qaldırıb. Qətldə ittiham edilən A.Allahverənov hadisədən 1 ay sonra istintaqa təslim olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












