Anar çempionu öldürüb, iki "Rosqvardiya"çı buna sakitcə tamaşa edib

Azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov tərəfindən ötən həftənin bazar günü Rusiyanın Xabarovsk şəhərində “Qalereya” kafesinin yaxınlığında döyülərək qətlə yetirilmiş pauerliftinq üzrə dünya ikincisi Andrey Draçovun ölümü ilə bağlı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində Rosqvardiyanın əməkdaşlarına qarşı işə başlanılıb.
Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətsizliyi və səhlənkarlığı Anar Allahverənova zərərçəkmişə qarşı aqressiv hərəkətləri davam etdirməyə imkan yaradıb. Bildirilir ki, hadisə yerinə gəlmiş iki rosqvardiyaçı davanın qarşısını almayıb və münaqişənin qızışmasını sakitcə müşahidə edərək, hadisə yerini tərk ediblər. Bunun nəticəsində onlar arasında ikinci dəfə dava düşüb və qaydasız döyüş ustası Andrey Draçova ölümcül zərbələr vurub. Xatırladaq ki, cinayət əməlini törədəndən sonra Anar Allahverənov hadisə yerindən qaçaraq gizlənib. Hazırda o, Rusiya üzrə federal axtarışdadır. İstintaq Komitəsi Anarın yerini bildirənə 500 min rubl mükafat vəd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












