''Anası özünü öldürür ki, balasını öldürənlər meyitini...'' - ''Porcshe'' ilə vurulan Xəyalənin xalası

''Xəyalənin meyidi hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyidini yerdə qoymasınlar''. Bu sözləri Criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın yalası Yeganə xanım deyib. Buna da bax:
Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş: ''Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü ilə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün Razində gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib''.
Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: ''Sürücünüpolis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçməliyik''.
Qeyd edək ki, X.Məmmədovanı Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil vuraraq öldürüb.
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO








