Anomal istilər nəticəsində 14 nəfər ölüb - Yaponiyada

Son iki həftə ərzində Yaponiyada anomal istilər nəticəsində azı 7 500 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Avtosfer.az tass agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 14-ü dünyasını dəyişib. İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 37 dərəcəni keçir. Eyni zamanda ölkənin cənub-qərb prefekturalarında yağan şiddətli yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olur.
Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi. Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər.
"El-Ninyo" iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












