ANS ÇM-in bağlanma səbəbi açıqlandı

“ANS ÇM radiosunun lisenziyasına xitam verilməsi yayımçının davamlı olaraq reklam qanunvericiliyinin tələblərini pozması ilə bağlıdır. Bu pozuntular lisenziyanın ləğv olunmasına hüquqi əsas yaradıb”.
Avtosfer.az xəbərinə görə, bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Mirzəzadə bildirib.
Onun sözlərinə görə, radionun reklam qanunvericiliyinin tələblərini pozması halları hələ ötən ilin sonlarından başlayıb.
T.Mirzəzadə qeyd edib ki, qanunvericiliyin tələblərinin pozulmasına görə, MTRŞ ötən ilin dekabrın 23-də “ANS Müstəqil Yayım və Media Şirkəti”ni 161 min manat məbləğində cərimə edib.
“Bundan sonra qərardan şikayət edən şirkətlə MTRŞ arasında məhkəmə çəkişməsi başladı. Bu ilin aprel ayında isə məhkəmə mübahisəyə son qoydu və proses MTRŞ-nın xeyrinə həll olundu.
Şirkət isə hələ də 161 min manatı dövlət büdcəsinə geri qaytarmayıb. Məhkəmə bitsə də məhkəmə qərarları, hələ ki, şuraya daxil olmayıb. Qərarların hər biri daxil olduqdan sonra MTRŞ məhkəmə qərarlarının icrası ilə məşğul olan quruma müraciət edəcək”, - deyə T.Mirzəzadə bildirib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










