Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu - FOTOLAR

2016-cı il aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni kəllə qapağı qoyulub. “Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, 4 gün komada qalan 28 yaşlı hərbçimiz 3 dəfə Bakıda əməliyyat olunub. Lakin keçirdiyi əməliyyatlarda uğurlu nəticə əldə etməyən Y. Ağayev Türkiyədə daha 2 əməliyyat olunub və sentyabrın 25-də 3D printerlərin köməyilə ona süni kəllə qapağı qoyulub.
“Hadisədən sonra özümə ilk dəfə baxanda zənn etdiyiniz kimi şok keçirmədim, soyuqqanlı davrandım. Sadəcə “İnsan heç başından yaralanarmı? Başa dəyən güllə öldürür” deyə düşündüm. Bədənimin sol tərəfinin işləməməyi mənim üçün daha böyük sıxıntı idi. Mən bir dəfə əziyyət çəkdim, ailəm isə hər gün kədərlənirdi. Anamın yanında heç vaxt başıaçıq olmamışam. Həmişə papaq taxırdım. Çünki o, mənə görə çox kədərlənir və ağlayırdı”, - deyə Yaşar Ağayev bildirib.






İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












