Aprel müharibəsi ilə bağlı müşavirə keçirildi - Nazir göstəriş verdi - FOTOLAR

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarının nəticələri təhlil edilərək konkret tapşırıqlar qoyulub və tövsiyələr verilib. Toplantıda çıxış edən nazir bildirib ki, Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib və ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən əl çəkmir: “Bu ölkənin cinayətkar rejimi bütün beynəlxalq norma və prinsiplərə məhəl qoymur, hər bir imkandan istifadə edərək xalqımıza qarşı təxribatlar törətməyə çalışır. Bu istiqamətdə ermənipərəst qüvvələr də ölkəmizə qarşı təzyiqlərdən çəkinmirlər. Ermənilərin dinc əhaliyə və təmas xəttindəki yaşayış məntəqlərimizə qarşı törətdiyi son əməllərinə Ordumuz tutarlı cavab verdi. Vacib əhəmiyyətə malik yüksəklikləri azad edərək nəzarətə götürməklə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş olduq. Bununla belə düşmən təxribatlarına qarşı cavab tədbirləri görməyə hər an hazır olmalıyıq. Şəhid ailələrinə və yaralılara hərtərəfli diqqət və qayğı göstərilməli, onların problemləri digər icra strukturları ilə qarşılıqlı əlaqədə həll edilməlidir. Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik. Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verildi”.
Z.Həsənov Silahlı Qüvvələrimizin nəyin bahasına olursa-olsun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hazır olmasını şəxsi heyətin diqqətinə çatdırıb: "Bunu bizdən dövlətimiz gözləyir və xalqımız tələb edir. Bunun üçün bütün imkanlarımz var. İqtisadi, maddi, hərbi, demoqrafik və digər sahələrdə ehtiyatlarımız düşməndən qat-qat üstündür. Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək döyüşlərə hazır olmalıyıq".
Nazirin çıxışından sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən bir qrup hərbi qulluqçununn təltif olunması barədə prezidentin müvafiq sərəncamları və müdafiə nazirinin əmrləri şəxsi heyətə çadırılıb, təltif olunan hərbi qulluqçulara mükafatlar təqdim edilib.
Müşavirənin sonunda nazir qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıqlar verib.



Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










