Aprelin 1-dən bütün respublikada tətbiq olunacaq - RƏSMİ AÇIQLAMA

Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Publika.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:
“Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur”.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










