Apteklərdə dərmanlar bu şərtlərlə satılacaq - YENİLİK

İcbari Tibbi Sığorta növbəti ildən ambulator şəraitdə resept əsasında yazılan dərman təminatını qarşılamağı nəzərdə tutur.
Avtosfer.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Milli.az-a bildirib.
Bu zaman vətəndaşlar apteklərdən istədikləri dərmanı ala biləcəklər. İlkin mərhələdə ürək-damar, daha sonra isə həzm və tənəffüs sistemi xəstəliklərinin dərmanları qarşılanacaq. Qanunvericilikdə bu qərar təsdiqini tapsa, artıq həkimlər diaqnozu müəyyən etdikdən sonra elektron resepti yazıb, pasientlərə verəcəklər. Agentlik özəl apteklərlə müqavilə bağlayacaq. Bu zaman pasientlər agentliklə müqaviləsi olan apteklərə yaxınlaşaraq həmin dərmanları sığorta hesabına ala bilərlər. Yaranacaq qiymət fərqini isə vətəndaşların özləri ödəməlidir.
Qeyd edək ki, qanun layihəsində dəyişiklik hazırda Milli Məclisdə oxunus mərhələsindədir. Qanunun təsdiqindən sonra mərhələli şəkildə dərman vasitələri sığorta təminatına alınacaq.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










