Apteklərdə nəyə görə bəzi dərmanlar tapılmır? - VİDEO

Son vaxtlar apteklərdə bir çox dərman preparatlarını tapmaq çətinləşib. Bu problem parlamentdə də müzakirə predmeti olub. Həm deputatlar, həm də sıravi vətəndaşlar deyirlər ki, apteklərdə xüsusilə sakitləşdirici dərman vasitələri tapılmır. Tapılanda da çox baha olur.
APA TV xəbər verir ki, əczaçılar da dərmanların limitlə gəlməsindən şikayətlənirlər.
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, hazırda dərmanların qiymətinin yüksək olmasının ən başlıca səbəbi idxalda rəqabətin olmamasıdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun fikrincə, problemin qarşısını almağın yeganə yolu dərman istehsalı ilə məşğul olan təşkilatların Azərbaycana dönüşünü təmin etməkdir.
Rəşad Mahmudov onu da əlavə edib ki, qiymətlərin tənzimlənməsi üçün dünya təcrübəsindən istifadə edilməlidir.
Məsələyə Tarif Şurasından da münasibət bildirilib. Qurumdan qeyd edilib ki, qiymətlərin artmasına son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması, həmçinin dərman təchizatında fasilələrin yaranması səbəb olur.
Onu da əlavə etdilər ki, bu proses təkcə ölkəmizlə bağlı deyil. Məsələn, hazırda Almaniyada ən azı 300 adda dərman vasitəsi tapılmır. Bahalaşmanın qarşısını almaq üçün Gürcüstan bəzi dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizminə keçid edir. Türkiyədə isə 40%-ə qədər dərman vasitələrinin qiymətində artım olub.
Hazırda dərman bazarında haqsız rəqabət mühitinin yaradıldığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, mövcud duruma nəzarət gücləndirilməlidir.
Ekspertlər deyirlər ki, “kartel” sövdələşmələri və rəqabət mühitinin olmaması vəziyyəti daha da çətinləşdirir. Dərman qıtlığını isə əksər hallarda istehsalçı şirkətlərin distribüterləri bilərəkdən yaradırlar. Mövcud vəziyyət yalnız və yalnız yerli dərman istehsalı inkişaf etdirildikdə düzələ bilər.
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










