Aqrar Xidmətlər Agentliyi marifləndirici reydlər keçirdi - FOTO - VİDEO

Avqustun 27-29-da Aqrar Xidmətlər Agentliyinin Texniki nəzarətin təşkili şöbəsi marifləndirici reydlər keçirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri şöbəsinin əməkdaşları Tərtər, Goranboy və Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin Texniki Nəzarət üzrə əməkdaşları ilə birgə maarifləndirici xarakterli reyd keçirmişlər. Reyd zamanı saxlanılan 70-dən artıq texnikada xeyli çatışmazlıq aşkar edilib. Belə ki, dövlət qeydiyyat nişanı yenə də gizlədilən, avtomagistralda nömrəsiz hərəkət edən, dövlət qeydiyyatına illər uzunu alınmayan, dövlət texniki baxışa təqdim edilməyən, sürücülük vəsiqəsi və ya müvafiq kateqoriya olmadan idarə etmə aşkarlanıb. Bütün saxlanılan texnika sürücülərinə maarifləndirici bukletlər paylanıb və qayda pozduqları ətraflı izah edilib. Həmçinin dövlət qeydiyyatı, texniki baxış və sürücülük vəsiqəsi üçün imtahan verməli olduqlarına görə müvafiq Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmələri tövsiyə olunub. Bunun üçün müvafiq rayon üzrə xidmət göstərən texniki nəzarət üzrə əməkdaşlara müvafiq tapşırıq verilmişdir. Texnika sahibləri və sürücülərinin nəzərinə çatdırırıq ki, maarifləndirici reydlərlə birgə inzibati tənbehetmə reydləri də keçiriləcək və qayda pozanlar müvafiq qaydada cərimə olunacaqlar.






























