Aralıq dənizində 120-dən artıq miqrant itkin düşüb

Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 120-dən artıq miqrant itkin düşüb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatında bildiriblər. "Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları tərəfindən Palermoda toplanan məlumatlara əsasən, Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 126 miqrant olmüş ola bilər", - bunu öz "Twitter" hesabında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio Di Djakomo yazıb. İtaliya sahil mühafizəsinin məlumatına əsasən, son 4 gün ərzində Aralıq dənizində 4,5 mindən artıq miqranta yardım göstərilib. Qeyd edək ki, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropaya 77 mindən artıq miqrant gəlib və qaçqın gəlib. Aralıq dənizi keçməyə cəhd göstərərkən 1828 miqrant həlak olub. İtaliya DİN-nin məlumatına əsasən, ötən il ərzində Aralıq dənizi vasitəsi ilə ölkəyə 181 mindən artıq miqratn və qaçqın keçib. Bu ilin əvvəlindən isə 62 mindən artıq miqrant və qaçqın İtaliyaya keçə bilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












