Aralıq dənizində 25 miqrant batıb

Liviya sahillərində hava ilə doldurulmuş qayığın çevrilməsi nəticəsində azı 25 nəfər batıb. Gəminin digər sərnişinlərini xilas etmək mümkün olub. Qaçqınlar Aralıq dənizindən keçərək Avropaya getmək niyyətində olublar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın "Dəniz gözətçisi" (Sea Watch) adlı Aralıq dənizində qəzaya uğramış qaçqınların xilas edilməsi üzrə vətəndaş təşəbbüsü məlumat yayıb.
Liviya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Əyyub Qasim bildirib ki, göyərtəsində 100-dən çox qaçqının olduğu qayıq neytral sularda çevrilib. Onun sözlərinə görə, Liviya sahil mühafizəsinin qəza baş verən əraziyə dərhal yollanmaq üçün lazımi vasitələri olmayıb. Qasim faciəyə səbəb kimi hava şəraitinin pis olmasını göstərib.
Miqrantların xilas edilməsi prosesində İtaliya sahil mühafizəsi iştirak edib.
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO










