Aralıq dənizində 300-dən çox miqrant aşkarlandı

Xilasetmə xidmətləri iki gün ərzində Alboran (Aralıq dənizinin tərkibində yer alan ən qərbdəki dənizdir) dənizində İspaniya sahillərinə çatmağa çalışan 300 miqrant aşkarlayıb. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, ötən gün yerli qeyri-hökumət təşkilatlarından biri Afrikadan olan qeyri-leqal miqrantlarla dolu iki qayığın itkin düşdüyü barədə məlumat verib. Təkcə dünən Əndəlus (İspaniyanın cənubunda yerləşən muxtar birlik) sahillərində 190 miqrantın olduğu yeddi qayıq aşkarlanıb. Bu gün günortaya qədər daha üç gəmi tapılıb (onlardan birində 61, birində 33, birində isə 36 nəfər olub). Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, cari ilin əvvəlindən indiyədək Aralıq dənizi ilə Avropaya 77 mindən çox miqrant və qaçqın gedib. Aralıq dənizini keçməyə cəhd edərkən 1828 nəfər ölüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












