Aralıq dənizində 4000-dən çox miqrant xilas edilib - Son 3 gündə

Aralıq dənizində 3 gün ərzində keçirilmiş əməliyyatların gedişində 4000-dən çox miqrant xilas edilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə İtaliyanın Sahil Mühafizəsi xəbər verib. Xəbərdə bildirilir ki, cümə günü və şənbə gününə keçən gecə 2121 insanın həyatını xilas etmək mümkün olub. Onların arasında təcili tibbi yardıma ehtiyacı olan yarımaylıq körpə də olub. Bundan əlavə, Avropaya çatmağa can atan 17 qayıqdan birində meyit tapılıb. Cümə axşamı isə Aralıq dənizində 2,3 min insan xilas edilib. Beynəlxalq Miqrasiya Təşkilatı cari ildə Avropaya dəniz yolu ilə 54 mindən çox qaçqının gəldiyini xəbər verib. Təşkilatın məlumatına görə, 1,3 mindən çox insan həlak olub, ya da itkin düşüb. Miqrantların əksəriyyəti – 85 faizdən çoxu İtaliyaya üz tutub.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










