“Araz” supermarket COP29-dan sui-istifadə edib səkini zəbt etdi - FOTO

Gündəm 30 İyul 2024 14:00 Oxunub 472
“Araz” supermarket COP29-dan sui-istifadə edib səkini zəbt etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkənin iri supermarket şəbəkələrindən biri özbaşınalıq edib.

Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən “Araz” market ərazidə yaranan vəziyyətdən istifadə edərək ölçülərini genişləndirib. Əli Vəliyev küçəsində COP29 bağlı gedən təmir işlərindən sui-istifadə edən obyekt binanın fasadından kənara çıxaraq səkini zəbt edib.

Ölkə ərazisinə geniş yayılma imkanlarına malik şirkət 370-dən çox mağaza ilə şəbəkə olaraq fəaliyyət göstərir. 7000-dən çox işçisi və illik milyonlarla gəliri olan sahibkarlıq subyekti mağazanın həcmini böyütmək üçün qanunsuz yola əl atmaqdan da çəkinməyib.

Ətrafındakı kiçik obyektləri satınalma imkanlarına malik sahibkar, fotolardan da göründüyü kimi bunun əvəzində rayon sakinlərinin hərəkət etdiyi əraziyə tərəf obyektin enini 1-1.5 metr, uzunluğunu isə 20 metrə yaxın genişləndirib.

Sakinlər, onsuz da, hərəkət etməyin çətinləşdiyi ərazidə bir də “Araz” marketin bu cür özbaşınalığının daha çox problemlərlə nəticələndiyini deyib və aidiyyatı qurumların məsələni yaxın müddətdə həll etmələrini tələb ediblər.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh