Araz Supermarketlər Şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı

Araz Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə önəm verərək daim satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məshsulların dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edir. Bununla bərabər müştərilərdən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa bu məsələlər aidiyyatı şöbələr tərəfindən dərhal araşdırılaraq lazımi addımlar atılır.
Araz Supermarketlər Şəbəkəsindən Avtosfer.az-a verilən məlumata görə, satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daima təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir.
Son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntüləri və bununla bağlı dövlət orqanlarından gələn rəsmi açıqlamalar yerli bazarda bu cür məhsulların olmadığını bir daha sübut etdi. Lakin feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yayıb. Bəzi media orqanlarında ATV kanalının əməkdaşı kimi təqdim olunan Təranə Musayeva haqında ATV-dən verilən rəsmi açıqlamada onlarda belə bir əməkdaşın çalışmadığı bildirilib.
Yayılan şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparıb, supermarketlərdən götürülən nümunələr yoxlanılıb. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmayıb. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyatı qurumlara təqdim olunması üçün nümunə istənilib, lakin müştəri nümunə verməyəcəyini bildirib. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söyləyıb. Video görüntüdən də göründüyü kimi süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim vardı. Bu da bir daha iddianın əsassız olmasını sübut edir.
Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigyena və epidemiologiya mərkəzindən alınmış gigyenik sertifikatı var.
Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə, marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına diqqət etsinlər.
Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edirik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə - 012 924 zəng edərək məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Facebookda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










