Argentinaya məxsus sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edilib

Argentina donanması yoxa çıxan sualtı qayığın axtarışına 14 gəmi və 10 təyyarə cəlb edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Argentina Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib. O etiraf edib ki, sualtı qayığın göyərtəsində ciddi qəza baş veribsə, ekipaj üzvlərinin xilas edilməsi üçün az vaxt qalıb. “Sualtı qayığın suyun üzünə qalxa bilmədiyi təqdirdə oksigen yalnız 7 günə qədər çata bilər. Buna baxmayaraq, sualtı qayıq suyun üzündə və yaxud altında tapılanadək axtarışlar davam edəcək” - deyə E.Balbi bildirib. Argentina Hərbi Dəniz Qüvvələrinin “San-Xuan” sualtı hərbi qayığı ilə əlaqə noyabrın 15-də kəsilib. Argentina sahillərində itən sualtı qayıqda 44 heyət üzvü olub. Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












