Artıq bulvarda pulsuz “Wi Fi” var - Şad xəbər

Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər. Avtosfer.az xəbər verir ki, Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib. Bundan başqa, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.
Emin
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










