Artırılan cərimələrə cəmiyyətdən REAKSİYA - VİDEO

Xəbər verdiyimiz kimi, yolda sürət həddini aşmağa görə cərimələr artırıldı.
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələr 150-dən 200 manat məbləğinə artırılıb. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 300 manat məbləğində cərimə ödəyəcəklər..
Yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədov hesab edir ki, yüksək sürətə görə cərimə sanksiyasının artırılması effektli olacaq.
Təsdiq edilmiş qaydalarda o da var ki, birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin cəriməsi isə 150 manata qaldırılır. Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülər isə 600 manat cərimə və 6 ay sürücülük hüququndan məhrum ediləcək.
“Sürücülər də hesab edir ki, cərimə məbləğinin artırılması, tez-tez sürət həddini aşanların qarşısını alacaq.”
Qeyd edək ki, aparılan təhillər zamanı müəyyən edilib ki, ən çox ölümlə nəticələnən qəzalar məhz cəriməsi artırılan inzibati xəta növlərində baş verir.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










