Arvadını bıçaqlayan polisdən xəbər var - İşdən gəlib yataq otağına keçəndə görüb ki...

Bərdə rayonunda sabiq polis əməkdaşının həyat yoldaşını öldürməyə cəhd etməsinin təfərrüatı məlum olub. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, Anjela Məmmədovanı yataq otağında bıçaqlayan Sevindik Şükürov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İstintaqa ifadə verən Sevindik Şükürov törətdiyi əməli etiraf edib. O bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Dekbarın 26-da, axşam saatlarında işdən evə gələn Sevindik Şükürov arvadının gözünə dəymədiyini görüb. O, sakitcə yataq otağına keçib və arvadının asta səslə telefonda kiminləsə danışdığını eşdib. Arvadının danışığına qulaq asan Sevindik Şükürov onun başqa bir kişi ilə münasibət saxladığını öyrənib. Sevindik mətbəxə keçib, oradan bıçaq götürərək yenidən yataq otağına gəlib. Yataq otağına daxil olan zaman Anjela telefonu söndürüb. Sevindik Şükürov arvadından kiminlə danışdığını soruşub və bu zaman Anjela ərinə kobud cavab verib. Anjelanın hərəkətlərindən əsəbləşən Sevindik Şükürov ona 12 bıçaq zərbəsi vurub. Qadının yerə yıxıldığını görən Sevindik onun öldüyünü düşünüb. Sonra Polis Şöbəsinə gələn Sevindik arvadını öldürdüyünü bildirib və cinayəti törətdiyi bıçağı polislərə təhvil verib.
Faktla bağlı Bərdə Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə Avtosfer.az-a açıqlamasında Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru vəzifəsində Sevindik Şəmşir oğlu Məmmədov adlı şəxsin işləmədiyini bildirib. “Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır








