“ASAN məktub” hədiyyələri Xınalığa bu maşınlarla çatdırılıb - Fotolar

“ASAN məktub” layihəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Quba rayonunun Xınalıq kəndinə “Offroad” yürüşü təşkil olunub. Avtosfer.az xəbər verir ki, yürüşdə məqsəd Xınalıq kəndində yaşayan uşaqların www.asanmektub.az saytında yerləşdirilmiş arzularının reallaşdırılmasıdır. Novruz bayramı ərəfəsində 20-dək “Offroad” avtomobili vasitəsilə həyata keçirilən səfərdə uşaqların “ASAN məktub”a ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırılıb. Uşaqlara, həmçinin kitab aksiyası çərçivəsində toplanmış nəşrlər də təqdim olunub.
Qeyd edək ki, “ASAN məktub” layihəsi vasitəsi ilə Xınalıq kəndində yaşayan 77 uşağın arzu məktubu qeydə alınıb və www.asanmektub.az saytında yerləşdirilib. “ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” layihəsinə 2015-ci ilin noyabr ayında start verib. Layihənin məqsədi sosial cəhətdən həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI































