Asan qazanc yolu seçən 2-ci qrup əlil həbs edildi – FOTO

Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, martın 8-də Siyəzən şəhər sakini Rəşad Muradov RPŞ-yə ərizə ilə müraciət edərək ötən il dekabrın 29-da iş otağından içərisində 40 manat nəğd pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini əvvəllər məhkum olunmuş II-ci qrup əlil Hicran Qurbanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Otaqda heç kimin olmadığından istifadə edərək saxlanc yerindən pul kisəsini götürüb ordan uzaqlaşdığını bildirib.
Ətrafında aparılan araşdırmalarla onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Belə ki keçən ilin sentyabr ayının 1-də H.Qurbanov eyni üsulla Siyəzən Rayon Bələdiyyəsinin şöbə müdüri Azru Kərimovanın otağından sonuncuya məxsuz içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini və bu ilin ferval ayının 28-də Rayonun Mərkəzi Poliklinikasından Bənzər Niftəliyevaya məxsus içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub. Bundan əlavə Sumqayıt şəhərində də eyni üsulla bir idarədən 3000 manat götürdüyü müəyyənləşdirilib.
H.Qurbanov barəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Nizam Həmidov,
polis leytenantı
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO










