ASCO 9 ayda təhvil verdiyi tullantıların həcmini açıqlayıb - FOTO

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri və sahil obyektləri üzrə 0,66 ton kağız, 0,58 ton plastmas, 14,9 ton qara metal və 5,4 ton əlvan metal təkrar emala göndərilib.
Bu barədə Avtosfer.az-a ASCO-ya istinadən xəbər verir.
Məlumata əsasən, 9 ay ərzində gəmilərdən 83 m³ plastmas, 414,2 m³ qida qalığı, 434,7 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 35,6 m³ istismar tullantısı, 184,2 m³ neft qalığı-şlam, 2 663,5 m³ döşəməaltı lyal su, 73 419 m³ məişət təsərrüfat çirkab su təhvil verilməklə ərazidən kənarlaşdırılıb.
Məlumata əsasən, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 14 ton yanmış qəlib qumu, 1 406,8 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 59 045 ton məişət çirkab suyu, 1 123,9 ton neftli döşəməaltı-lyal su, 157,5 ton sürtgü yağı, 3 413,3 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 482 m³ qida qalığı, 166,8 m³ polimer əsaslı və plastmas tullantı, 71 m³ yağlı və neftli tullantı, 102,8 m³ rezin tullantı, 170,6 m³ istismar tullantısı, 0,084 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.



İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












