ASCO-da İqlimlə Əlaqəli Korporativ İdarəetmə layihəsinə dair görüş keçirilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate related Corporate Governance system - CCG) layihəsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və layihə üzrə məsləhətçi xidməti təqdim edən Ernst&Young (EY) şirkətinin nümayəndələri ilə görüş keçirilib.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, görüş zamanı layihə çərçivəsində aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin ASCO-nun fəaliyyətinə mümkün təsirləri, eləcə də iqlim riskləri və imkanları müzakirə edilib. Həmçinin görüşdə iqlimlə əlaqəli idarəetmə tədbirləri, davamlı maliyyələşdirmə üzrə yol xəritəsinə dair ətraflı məlumat təqdim olunub.
Bundan başqa, görüşdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) S1 (Davamlılıqla əlaqədar Maliyyə Məlumatlarının Açıqlanması) və S2 (İqlimlə bağlı Açıqlamalar) standartlarının tələbləri və bu standartların gələcəkdə tətbiqi imkanları müzakirə edilib.
CCG layihəsi çərçivəsində AYİB ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına, şirkətin fəaliyyətinin Paris Sazişinin hədəflərinə uyğunlaşdırılmasına dəstək göstərəcək. Eyni zamanda, layihə Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsinin (SLFF) hazırlanmasını nəzərdə tutur ki, bu da ASCO-nun davamlılıqla əlaqəli kreditlər (SLL) və davamlılıqla əlaqəli istiqrazlar (SLB) əldə etməsinə imkan yaradacaq.
Qeyd edək ki, AYİB CCG təsisini yaradan ilk beynəlxalq maliyyə qurumudur. Bu layihə iqlim dəyişikliyinin təsirləri ilə bağlı qərar qəbuletmə, bu istiqamətdə məlumatların açıqlanması, idarəetmənin təkmilləşdirilməsi üçün AYİB-in tətbiq etdiyi qaydalar, təcrübələr və proseslər toplusudur.




Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım









