ASCO-da iqtisadçılar və nəqliyyat üzrə ekspertlərlə görüş keçirilib - FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 11 illiyi ilə əlaqədar Qeyri Hökumət Təşkilatlarının, beyin mərkəzlərinin nümayəndələri, nəqliyyat və maliyyə bazarları üzrə ekspertlər, iqtisadçılarla ASCO-da görüş keçirilib. Qonaqlarla ASCO-nun İdarə Heyətinin üzvləri arasında fikir mübadiləsi aparılıb.
QSC-dən Avtosfer.az-a verilən məlumata görə, görüşün məqsədi ASCO ilə bağlı sualları hərtərəfli cavablandırmaq, mediada və ictimai müzakirələrdə məlumatlandırmanın düzgün təşkili üçün gəmiçiliyin fəaliyyəti ilə ekspertləri yaxından tanış etmək, onların rəy və təkliflərini dinləməkdən ibarət olub.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də İdarə Heyətinin üzvləri Zaur Nağıyev, Tariyel Mirzəyev, Cəlal Fərəcli,ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Ələkbər Əzizli təqdimatlarla çıxış ediblər.
ASCO-nun rəhbər şəxsləri ötən dövr ərzində dəniz gəmiçiliyi sahəsində daşımaların artırılması istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası, ASCO-nun beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində, o cümlədən Orta Dəhlizin inkişafında rolu və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Həmçinin qonaqlara investisiya layihələri, donanmanın yenilənməsi proqramı, Xəzərdənkənar sularda fəaliyyətin genişləndirilməsi strategiyası, sıfır emissiya hədəfinə çatmaq istiqamətində görülən işlər, eləcə də şirkətin strateji hədəfləri, korporativ idarəetmə, dayanıqlı inkişafa dair gələcək planlarından danışıblar.
Görüşdə mövcud trendlər, geosiyasi hadisələrin, eləcə də sektorda baş verən regional və qlobal proseslərin ASCO-nun fəaliyyətinə təsirləri də müzakirə edilib.
Görüş çərçivəsində səsləndirilən bütün təklif və rəylər qeydə alınıb, ekspertləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müzakirələrdən sonra qonaqların “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil edilib. Onlar burada Azərbaycan gəmiçiliyinin dünəni, bu günü və gələcəyini əks etdirən ekspozisiya zalları ilə yaxından tanış olublar.






Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert










