ASCO I yarımildə təhvil verdiyi tullantıların həcmini açıqlayıb

Bu ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri və sahil obyektləri üzrə 0,59 ton kağız, 0,57 ton plastmas, 14,9 ton qara metal və 5,4 ton əlvan metal təkrar emala göndərilib. Bu barədə Avtosfer.az ASCO-ya istinadən xəbər verir. Məlumata əsasən, yanvar-iyun aylarında gəmilərdən 62,78 kubmetr plastmas, 318,3 kubmetr qida qalığı, 441,21 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 33,7 kubmetr istismar tullantısı, 176,4 kubmetr neft qalığı-şlam, 2370,89 kubmetr döşəməaltı lyal su, 72 617,3 kubmetr məişət təsərrüfat çirkab su texniki resurslara malik müvafiq sertifikasiyalı qurumlara təhvil verilməklə, ərazilərdən kənarlaşdırılıb. Hesabat dövründə ASCO-nun sahil obyektləri üzrə 11,28 ton yanmış qəlib qumu, 1 040,94 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 61 581 ton məişət çirkab suyu, 1 037,8 ton neftli döşəməaltı-lyal su, 159,44 ton sürtgü yağı, 3339,87 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal və s), 564,85 kubmetr qida qalığı, 232,75 kubmetr polimer əsaslı və plastmas tullantı, 39,6 kubmetr yağlı və neftli tullantı, 111,76 kubmetr rezin tullantı, 217,9 kubmetr istismar tullantı, 0,066 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












